AZ

«Amerikanın səsi» və «Azadlıq» radioları fəaliyyətini dayandırıb

ABŞ hökumətinin qərarından sonra ötən əsrdən bəri ABŞ-ın dünyadakı əsas informasiya kanallarından olan «Amerikanın səsi» və «Azadlıq» (Radio Free Europe/Radio Liberty (RFE/RL) radioları fəaliyyətini dayandırıblar.

FED.az xəbər verir ki, ABŞ prezidenti Donald Trampın qərarı ilə hər iki radionun baş ofisi olan Qlobal Media Agentliyi (USAGM) bu radioların maliyyələşməsini dayandırıb.

“Amerikanın səsi”nin 1300-dən çox əməkdaşı inzibati məzuniyyətə göndərilib və radiostansiyanın özü isə fəaliyyətini, yəni yayımını dayandırıb.

Radiostansiyanın direktoru Maykl Abramovits «LinkedIn» sosial şəbəkəsində elan edib ki, “Məşhur “Amerikanın səsi”nin 83 ildə ilk dəfə susması məni çox kədərləndirib. Bu səhər öyrəndim ki, “Amerikanın səsi”nin faktiki olaraq bütün işçiləri - 1300-dən çox jurnalist, prodüser və yardımçı heyət inzibati məzuniyyətə buraxılıb. Elə mənim kimi”.

Xatırladaq ki, sözü gedən radioların bağlanması ilə bağlı ABŞ hökumətində yer almış iş adamı İlon Mask fevralda bəyamn etmişdi. O bildirmişdi ki, bu radioları artıq dinləyən yoxdur və onlar fəaliyyətin dayandırmalıdırlar.

«Amerikanın səsi» və «Azadlıq» radioları ilə yanaşı, «Azad Asiya Radiosu»nun da maliyyələşdirilməsi dayandırılıb. Bu radio Çin, Şimali Koreya, Myanma, Kamboca və sair ölkələrdə yayımlanır.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp martın 14-də Qlobal Media Agentliyinin və digər hökumət strukturlarının fəaliyyət dairəsinin əhəmiyyətli dərəcədə azaldılması haqqında sərəncam imzalayıb. Agentlik “Amerikanın səsi” radiostansiyasına nəzarət edib və maliyyələşdirib.

Ümumilikdə ABŞ hökumətində yer alan Dövlət Effektivliyi Departamentinin fəaliyyəti ilə ABŞ-da dövlət qulluğunda 100 mindən artıq iş yeri ixtisar edilib. 

Xatırladaq ki, «Amerikanın səsi» radiosu 1942-ci ildən fəaliyyətə başlayıb və nasist Almaniyasının təbliğatına qarşı mübarizə üçün yaradılıb. «Azadlıq radiosu» isə 1950-ci ildən fəaliyyətə başlayıb, əvvəlcə Şərqi Avropa ölkələrində, 1953-cü ildən sonra isç SSRİ-də yayımlanmağa başlayıb.

Seçilən
16
41
fed.az

10Mənbələr