AZ

Tramp "Azadlıq Radiosu" və "Amerikanın Səsi"ni susdurdu

Martın 14-də ABŞ Konqresi hökumətin maliyyələşdirilməsi ilə bağlı qanun layihəsini qəbul edəndən sonra Tramp administrasiyaya bir sıra agentliklərin fəaliyyətlərini minimum səviyyəyə endirməyi tapşırıb. Onların arasında USAGM də olub. "Reuters"in məlumatına görə, agentlik tabeçiliyində olan media qurumlarına maliyyə dəstəyini dayandırıb.

"83 illik tarixi olan "Amerikanın Səsi" ilk dəfədir ki, susur . Bu, məni dərindən kədərləndirir", – deyə "Amerikanın Səsi"nin direktoruMaykl Abramoviç"LinkedIn" hesabında açıqlamasında bildirib.

ABŞ Konqresinin hesabatına əsasən, ABŞ-ın Qlobal Media Agentliyinin (USAGM) ötən ilki büdcəsi 886 milyon dollar təşkil edib . Həmçinin agentliyə təxminən 3500 yeni əməkdaş cəlb olunub. "Amerikanın Səsi"nin Seul bürosunun rəhbəriUilyam Qallobildirib ki, ona şirkətin bütün sistemlərinə və hesablarına giriş qadağan edilib.

ABŞ hökumətinin bu qərarı beynəlxalq media təşkilatlarının tənqidinə səbəb olub. Parisdə qərarlaşan"Sərhədsiz Reportyorlar"təşkilatı bəyan edib ki, "bu addım qlobal mətbuat azadlığını təhlükə altına alırvə ABŞ-ın azad informasiya axınının 80 illik tarixini məhv edir."

"Azad Asiya Radiosu"nun prezidentiBey Fanqisə maliyyələşmənin dayandırılmasını "avtoritar rejimlər və diktatorlar üçün mükafat"adlandırıb.

ABŞ-ın Qlobal Media AgentliyiAssociated Press , Reuters və Agence France-Presse (AFP) kimi aparıcı media agentlikləri ilə müqavilələrini ləğv edib.Eyni zamanda, öz jurnalistlərinə bu agentliklərin materiallarından istifadə etməməyi tapşırıb. "Amerikanın Səsi"nin yeni rəhbəri, keçmiş televiziya aparıcısı və siyasətçiKeri Leyk hesab edir ki, bu qərarla agentlik 53 milyon dollar qənaət edəcək. O, USAGM-i "ABŞ vergi ödəyiciləri üçün böyük yük və korrupsiya strukturu" adlandırıb və agentliyin "islahının mümkünsüz olduğunu" vurğulayıb.

Xatırladaq ki, fevralın 9-da ABŞ Dövlət İdarəçiliyinin Effektivliyi Departamentinin rəhbəri və iş adamıElon Mask"Azadlıq Radiosu" və "Amerikanın Səsi"nin bağlanmasına çağırıb. O, bu qurumları "öz-özünə danışan radikal solçular" adlandıraraq, onların "ildə 1 milyard dolları boş yerə xərclədiyini" iddia edib. Mask hökumətin mediaya ayırdığı vəsaitlərin vergi ödəyicilərinin pullarının israfı hesab edir. O, ABŞ-ın son illərdə Associated Press-ə milyonlarla dollar ayırmasını da tənqid edib.

Qeyd edək ki, fevralın 6-da ABŞ hökuməti "The New York Times", "Politico" və "Associated Press" media qurumlarının maliyyələşdirilməsini dayandırıb. Daha sonraWikiLeaks USAID-in silinmiş hesabatına istinad edərək, ABŞ hökumətinin Ukraynadakı 10 media qurumundan 9-nu maliyyələşdirdiyini iddia edib.

Səbinə Həsənova
AzVision.az
Seçilən
20
41
azvision.az

10Mənbələr