AZ

Qonşu ölkədə baş vermiş faciəyə görə Vuçiç matəm elan etdi

Serbiya Prezidenti Aleksandar Vuçiç ilə Şimali Makedoniya Prezidenti Qordana Silyanovska-Davkova arasında telefon danışığı olub.

"Unikal" xəbər verir ki, bu barədə Serbiya Prezidenti sosial media hesabındakı paylaşımda bildirib.

“Şimali Makedoniyada baş vermiş dəhşətli faciə ilə əlaqədar Prezident Qordana Silyanovska-Davkovaya və qardaş ölkə xalqına dərin hüznlə başsağlığı verdim. Serbiya adından yardım olaraq helikopterlərin və digər tibbi nəqliyyat vasitələrinin, tibbi qrupların göndərilməsini, həmçinin yaralananların Serbiyadakı xəstəxanalara yerləşdirilməsini təklif etdim. Faciə ilə əlaqədar Serbiyada martın 18-i matəm günü elan ediləcək”, - deyə Aleksandar Vuçiç bildirib.

Bundan başqa, Şimali Makedoniyanın səhiyyə naziri Arben Taravari yanğın zamanı yaralanan və xəsarət alan 118 nəfərin ölkədəki xəstəxanalara yerləşdirildiyini deyib.

Xatırladaq ki, ötən gecə Şimali Makedoniyanın Koçani şəhərində diskotekada baş verən yanğın nəticəsində azı 51 nəfər həlak olub.

Seçilən
1
9
unikal.az

7Mənbələr