AZ

Serbiyada matəm elan edildi

Şimali Makedoniyada 51 nəfərin öldüyü konsertdə baş vermiş yanğınla əlaqədar martın 18-ni matəm günü elan edilib.

Demokrat.az xəbər verir ki, bu barədə Serbiya Prezidenti Aleksandar Vuçiç Şimali Makedoniya Prezidenti Qordana Silyanovska-Davkova ilə telefon danışığında bildirib.

“Şimali Makedoniyada baş vermiş dəhşətli faciə ilə əlaqədar Prezident Qordana Silyanovska-Davkovaya və qardaş ölkə xalqına dərin hüznlə başsağlığı verdim. Serbiya adından yardım olaraq helikopterlərin və digər tibbi nəqliyyat vasitələrinin, tibbi qrupların göndərilməsini, həmçinin yaralananların Serbiyadakı xəstəxanalara yerləşdirilməsini təklif etdim. Faciə ilə əlaqədar Serbiyada martın 18-i matəm günü elan ediləcək”, - Aleksandar Vuçiç bildirib.

Seçilən
3
9
demokrat.az

7Mənbələr