
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iləABŞ prezidenti Donald Tramp arasında telefon danışığı olub.
Reyting.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
Tərəflər ikitərəfli əlaqələri, regional və qlobal məsələləri müzakirə ediblər.
Ərdoğan Türkiyə və ABŞ-nın iki müttəfiq ölkə olaraq yeni dövrdə əməkdaşlığının inkişaf edəcəyinə tam inandığını deyib.
Ərdoğan ABŞ prezidentinin Rusiya ilə Ukrayna arasındakı müharibəni sona çatdırmaq üçün atdığı qətiyyətli addımları dəstəklədiyini, Türkiyənin müharibənin əvvəlindən ədalətli və davamlı sülh üçün səy göstərdiyini, bundan sonra da çalışacağını diqqətə çatdırıb.
Ərdoğan Suriyada sabitliyin bərpası, yeni administrasiyanın fəaliyyəti və normallaşma üçün sanksiyaların aradan qaldırılmasına birgə töhfə vermələrinin vacib olduğunu və bunun suriyalıların vətənlərinə qayıtmasına imkan yaradacağını söyləyib.
Türkiyə lideri ABŞ-dən yeni dövrdə terrorla mübarizə ilə bağlı addımların gözlənildiyini, iki ölkə arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın inkişaf etdirilməsi üçün CAATSA sanksiyalarına son qoyulmasının, “F-16” tədarükü prosesinin yekunlaşdırılmasının və Türkiyənin “F-35” proqramında yenidən iştirakının yekunlaşdırılmasının vacibliyini vurğulayıb.