AZ

Ərdoğan Trampla danışdı - Qlobal məsələlər müzakirə edilib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, amerikalı həmkarı Donald Trampla telefon danışığı aparıb.

Bu barədə Türkiyə Prezident Administrasiyasının “X” hesabında məlumat verilib.

Bildirilib ki, danışıq zamanı Türkiyə-ABŞ ikitərəfli münasibətləri, regional və qlobal məsələlər müzakirə edilib.

Ərdoğan, iki müttəfiq ölkə olaraq Türkiyə və ABŞ-nin yeni mərhələdə əməkdaşlığının həmrəy, nəticəyönümlü və səmimi şəkildə davam edəcəyinə inandığını vurğulayıb.

O, ABŞ prezidentinin Rusiya ilə Ukrayna arasındakı müharibəni sona çatdırmaq üçün atdığı qətiyyətli addımları dəstəklədiyini, Türkiyənin müharibənin əvvəlindən ədalətli və davamlı sülh üçün səy göstərdiyini, bundan sonra da çalışacağını deyib.

Ərdoğan Suriyada sabitliyin bərpası, yeni administrasiyanın fəaliyyəti və normallaşma üçün sanksiyaların aradan qaldırılmasına birgə töhfə vermələrinin vacib olduğunu və bunun suriyalıların vətənlərinə qayıtmasına imkan yaradacağını söyləyib.

Türkiyə lideri ABŞ-dən yeni dövrdə terrorla mübarizə ilə bağlı addımların gözlənildiyini, iki ölkə arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın inkişaf etdirilməsi üçün CAATSA sanksiyalarına son qoyulmasının, F-16 tədarükü prosesinin yekunlaşdırılmasının və Türkiyənin F-35 proqramında yenidən iştirakının yekunlaşdırılmasının vacibliyini vurğulayıb. (oxu.az)

Seçilən
24
4
azpolitika.info

5Mənbələr