AZ

"28 May" metrostansiyasının yaxınlığında mağazada yanğın olub

Bakının Nəsimi rayonunda mağazada yanğın olub.

 

Hadisə "28 May" metrostansiyasının yaxınlığında yerləşən obyektin girişində baş verib.

 

Dərhal əraziyə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

 

Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb.

Tarix: 17 Mart 2025, 07:19   
Seçilən
4
5
pravda.az

6Mənbələr