AZ

“28 May” metrostansiyasının yaxınlığında mağazada yanğın olub

“28
Bakının Nəsimi rayonunda mağazada yanğın olub. 1news.az xəbər verir ki, hadisə "28 May" metrostansiyasının yaxınlığında yerləşən obyektin girişində baş verib.
Dərhal əraziyə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb.

Seçilən
2
5
1news.az

6Mənbələr