AZ

DYP-dən sürücülərə çağırış: “Yolda tələskənliyin qurbanı olmayın”

Baş DYP İdarəsindən sürücülərə müraciət edərək bildirib ki, yol hərəkətində bir saniyəlik tələskənlik, bir ömürlük peşmançılığa səbəb ola bilər. 

Məlumatı DİN mətbuat xidməti verib. 

Sürət həddini aşmaq, qaydaları görməzlikdən gəlmək, diqqətsiz hərəkət etmək – bunların hər biri sizi və ətrafınızdakı insanları faciə ilə üz-üzə qoya bilər. 

Unutmayın: sürət deyil, səbr sizi təhlükəsiz ünvana aparır. Öz həyatınızı və sevdiklərinizi qorumaq üçün qaydalara riayət edin, tələskənliyin qurbanı olmayın!

P.ƏMİRCANOV

XQ

Seçilən
4
9
xalqqazeti.az

10Mənbələr