AZ

Polis sürücülərə çağırış etdi

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə çağırış edib.Metbuat.az xəbər verir ki, çağırışda deyilir: “Yol hərəkətində bir saniyəlik tələskənlik, bir ömürlük peşmançılığa səbəb ola bilər. Sürət həddini aşmaq, qaydaları görməzlikdən gəlmək, diqqətsiz hərəkət etmək - bunların hər biri sizi və ətrafınızdakı insanları faciə ilə üz-üzə qoya bilər.Unutmayın: sürət deyil, səbr sizi təhlükəsiz ünvana aparır. Öz həyatınızı və sevdiklərinizi qorumaq üçün qaydalara riayət edin, tələskənliyin qurbanı olmayın!”


Seçilən
12
9
metbuat.az

10Mənbələr