Bakı, 17 mart, AZƏRTAC
Bu ilin fevral ayı ərzində Dövlət Sosial Müdafiə Fonduna ümumilikdə məktub, telefon zəngi və sosial şəbəkə hesabları vasitəsilə 23 min 954 vətəndaş müraciəti ünvanlanıb və cavablandırılıb.
Bu barədə AZƏRTAC-a Dövlət Sosial Müdafiə Fondunun (DSMF) mətbuat xidmətindən məlumat verilib.
Qeyd edilib ki, onlardan 21 min 179-u rəsmi məktub və telefon zəngi, 2 min 775-i isə sosial şəbəkə hesablarından daxil olan müraciətlərdir.