AZ

Ötən ay 24 minə yaxın müraciətə cavab verilib - DSMF

Bu ilin fevral ayı ərzində Dövlət Sosial Müdafiə Fonduna ümumilikdə məktub, telefon zəngi və sosial şəbəkə hesabları vasitəsilə 23 min 954 vətəndaş müraciəti ünvanlanıb və cavablandırılıb.

Bu barədə Bakıvaxtı.az-a Dövlət Sosial Müdafiə Fondunun (DSMF) mətbuat xidmətindən məlumat verilib.

Qeyd edilib ki, onlardan 21 min 179-u rəsmi məktub və telefon zəngi, 2 min 775-i isə sosial şəbəkə hesablarından daxil olan müraciətlərdir.

Seçilən
0
3
bakivaxti.az

4Mənbələr