AZ

Natiq Mehdinin qətlinə görə direktor müavini 19 il HƏBSDƏ QALACAQ - FOTO

Müsavat Partiyasının fəal üzvlərindən olan Natiq Mehdini xüsusi amansızlıqla öldürməkdə ittiham olunan məktəb direktorunun müavini Elsevər İslamovun məhkəmə araşdırması başa çatıb. 

Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub. 

Hökmə əsasən, E.İslamov 19 il müddətinə azadlıqdan məhrum edilib. 

Qeyd edək ki, hadisə ötən ilin mayında Xətai rayonu 55 saylı orta məktəbin binasında baş verib. Direktor müavini Natiq Mehdini əvvəlcə öldürüb, daha sonra bədənini hissələrə ayıraraq boş ərazidə basdırıb. (“Qafqazinfo”) 


Bizim.Media

Seçilən
22
15
bizim.media

10Mənbələr