AZ

Natiq Mehdinin qətlinə görə direktor müavininə - 19 il iş verildi

Müsavat Partiyasının fəal üzvlərindən olan Natiq Mehdini xüsusi amansızlıqla öldürməkdə ittiham olunan məktəb direktorunun müavini Elsevər İslamovun məhkəmə araşdırması başa çatıb.

Avtosfer.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.

Hökmə əsasən, E.İslamov 19 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən ilin mayında Xətai rayonu 55 saylı orta məktəbin binasında baş verib. Direktor müavini Natiq Mehdini əvvəlcə öldürüb, daha sonra bədənini hissələrə ayıraraq boş ərazidə basdırıb.(qafqazinfo) 

Seçilən
21
15
avtosfer.az

10Mənbələr