AZ

“Elay İnşaat” 20 min cərimə edildi

“Elay İnşaat” 20 min cərimə edildi

“Elay İnşaat” MMC tərəfindən işçilərin əmək hüquqlarının pozulması faktı ilə bağlı Bakı şəhəri, Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılıb.AFN.az-a rayon prokurorluğundan verilən məlumata görə, hüquqi şəxs tərəfindən əmək qanunvericiliyinın pozulması müəyyənləşib.Belə ki, qanunda nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən (bağlanmadan) 2 nəfər şəxsin Nəsimi rayonu ərazisində müvafiq işlərin yerinə yetirilməsinə cəlb edilməsi məlum olub.Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (əmək müqaviləsi (konktraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə Suraxanı Rayon Məhkəməsinə göndərilib.Məhkəmənin qərarı ilə hüquqi şəxs 20 000 manat məbləğində inzibati cərimə edilib.Eyni zamanda Cəmiyyətin direktoru İmanov Elçin Yağub oğlu barəsində həmin Məcəllənin eyni maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə göndərilib və vəzifəli şəxs müvafiq qərarla 3 000 manat məbləğində cərimə edilib.

Seçilən
24
28
afn.az

10Mənbələr