AZ

Əmək hüquqlarını pozan tikinti şirkəti cərimələndi

"Elay İnşaat" MMC tərəfindən işçilərin əmək hüquqlarının pozulması faktı ilə bağlı araşdırma aparılıb.
 
Moderator.az xəbər verir ki, bu barədə Nəsimi Rayon Prokurorluğu məlumat yayıb.
 
Bildirilib ki, araşdırma zamanı qeyd olunan hüquqi şəxs tərəfindən əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən (bağlanmadan) iki nəfər şəxsin Nəsimi rayonu ərazisində müvafiq işlərin yerinə yetirilməsinə cəlb edilməsi müəyyən edilib.
 
Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə Suraxanı rayon məhkəməsinə göndərilib, məhkəmənin qərarı ilə hüquqi şəxs 20000 manat məbləğində inzibati cərimə edilib.
 
Eyni zamanda, cəmiyyətin direktoru Elçin Yaqub oğlu İmanov barəsində həmin məcəllənin eyni maddəsilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə göndərilib və vəzifəli şəxs müvafiq qərarla 3000 manat məbləğində cərimə edilib.
 
Seçilən
25
28
moderator.az

10Mənbələr