Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Vladimir Putinlə ABŞ lideri Donald Tramp arasında çərşənbə axşamı, martın 18-nə telefon danışığı hazırlanır. Bu barədə RİA Novosti yazır.
"Bəli, bu doğrudur. Belə bir söhbət çərşənbə axşamı üçün hazırlanır", - Peskov jurnalistlərə bildirib.
Daha əvvəl Reuters agentliyi xəbər vermişdi ki, ABŞ lideri çərşənbə axşamı Rusiya prezidenti Vladimir Putinlə söhbət etməyi planlaşdırır. Söhbət zamanı Tramp ərazilər və atom elektrik stansiyalarına nəzarət məsələsini gündəmə gətirmək niyyətindədir.