AZ

Xızıda prokurorun avtomobili qəzaya düşdü, xəsarət alanlar var

Xızı rayon prokurorunun yol qəzasına düşməsi faktı ilə bağlı araşdırma aparılır.

HİT.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, Xızı rayonu ərazisində "Niva” və "Toyota Camry” markalı avtomobillərin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib.

Məlumata görə, hadisə nəticəsində hər iki avtomobilin sürücüsü, o cümlədən "Toyota Camry” markalı avtomobilin içərisində sərnişin qismində olmuş Xızı rayon prokuroru Xəyalə Aslanova müxtəlif dərəcəli bədən xərarəti alıb.

"Zərərçəkmiş şəxslərin vəziyyəti qənaətbəxşdir və hazırda xəstəxanada müalicələri davam etdirilir. Faktla bağlı Siyəzən rayon prokurorluğunda araşdırma aparılır", məlumatda deyilir.
 

Seçilən
26
30
hit.az

10Mənbələr