AZ

Qəzaya düşən xanım prokurorun son durumu açıqlandı

Xızı rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların son vəziyyəti açıqlanıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Modern.az-a bildirilib ki, xəsarət alanların hər birinin hazırda ətraflı diaqnostik müayinələri aparılır.

"Xızı rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 17 mart, saat 10:30-da Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına müxtəlif bədən xəsarətləri ilə hospitalizasiya olunan şəxslərə ilkin tibbi yardımlar göstərilib.

Onlardan iki nəfər Bakıdakı ixtisaslı tibb müəssisəsinə təxliyə olunublar", - deyə məlumatda bildirilib.

Xatırladaq ki, bu gün saat 9 radələrində Xızı rayonu ərazisində "Niva" və "Toyota Camry" markalı avtomobillərin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə nəticəsində hər iki avtomobilin sürücüsü, o cümlədən "Toyota Camry" markalı avtomobilin içərisində sərnişin qismində olmuş Xızı rayon prokuroru Xəyalə Aslanova müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Seçilən
5
2
modern.az

10Mənbələr