Azərbaycan dili üzrə sertifikasiya imtahanı bu dil üzrə bilik və bacarıqların A1-dən C2-yə qədər müxtəlif səviyyələr üzrə qiymətləndirilməsini nəzərdə tutur.
Demokratikmusavat.comxəbər verir ki, bu sözləri DİM-in Dövlət dili və xarici dillər üzrə şöbəsinin müdiri Könül Hacıyeva Azərbaycan Dili üzrə Sertifikasiya İmtahanının sınaq versiyası üçün onlayn platformanın təqdimat mərasimində deyib.
O, imtahan modelinin beynəlxalq standartlara uyğunluğu ilə bağlı məlumat verib.
Daha sonra Azərbaycan Dili üzrə Sertifikasiya İmtahanının onlayn platformasının sınaq versiyası iştirakçılara nümayiş etdirilib.
"Bu tip imtahanlar kifayət qədər vaxt aparır. Minimum 2 saat çəkə bilir. Etibarlılıq müddəti 2 il olacaq. Bu Azərbaycan dili əcnəbilər üçün nəzərdə tutulmuş bir imtahandır. İmtahanda hər kəs iştirak edə bilər və ödənişsizdir. Nəticələr e-mail ünvanına göndəriləcək" - K.Hacıyeva bildirib.
DİM rəsmisi qeyd edib ki, imtahan nəticəsində əldə edilmiş sertifikat əcnəbi tələbələrin Azərbaycanda təhsil ala bilmələri üçün, işə qəbul zamanı, Azərbaycan dili dövlət dili kimi imtahana ekvivalent olaraq və s. məqamlarda keçərli hesab edilməsi nəzərdə tutulur.
Billurə Yunus