Azərbaycan dili üzrə sertifikasiya imtahanının sınaq versiyası üçün təqdim edilən anket məlumatları kibertəhlükəsizlik baxımından qorunacaq.
Demokratikmusavat.comxəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə Azərbaycan Dili üzrə Sertifikasiya İmtahanının sınaq versiyası üçün onlayn platformanən təqdimat mərasimində deyib.
M.Abbaszadə dataların sosioloji araşdırmalar və dil üzrə araşdırmalar aparan şəxslərə tqdim ediləcəyini deyib
"Lakin fərdi məlumatlar tamamilə bağlı olacaq .
Bu sınaq imtahanı olduğu üçün sertifikat vermirik. Ona görə də hüquqi məsuliyyət daşımırıq".
M.Abbaszadə Azərbaycan dili üzrə səviyyə imtahanlarınən gələcəkdə ödənişli ola biləcətini söyləyib:
"İmtahanın nəticəsini yoxlayan ekspertlərə də əməkhaqqı vermək lazımdır. Müəyyən maliyyə vəsaiti lazım olacaq", - deyə o əlavə edib.
Billurə Yunus