AZ

Azərbaycanın tanınmış futbol aparıcısı iş axtarır: “Ciddi ehtiyacım var” - FOTO

ANS-ın keçmiş idman aparıcısı və şərhçisi Asif Bağırov çağırış edib.

Uzun illər bu kanalda çalışmış tanınmış telejurnalist hazırda maliyyə çətinliyinin olduğunu bildirib.

Sosial şəbəkədə status paylaşan A.Bağırov yeni iş təklifi gözlədiyini qeyd edib:

«İki-üç ay olar ki, müraciət etmək istəyirdim, amma tərəddüd edirdim. Axır ki, bu gün qətiləşdirdim.

İşə ciddi ehtiyacım var. Təklif olarsa, nəzərə alın.

Buna sözün bitdiyi an, bıçağın sümüyə dirənməsi də demək olar. Təşəkkür edirəm».

A.Bağırov ANS ilə yanaşı, futbol təsərrüfatında da fəaliyyət göstərib. «Bakı»FK və Peşəkar Futbol Liqasında mətbuat xidmətinin rəhbəri vəzifəsini yerinə yetirib.

SPORTİNFO.AZ

Seçilən
45
1
sportinfo.az

10Mənbələr