AZ

AFFA rəhbərliyi millinin düşərgəsinə gəldi - FOTOLAR

AFFA rəhbərliyi bu gün təlim-məşq toplanışına başlayan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının düşərgəsini ziyarət edib.

Sportinfo.az xəbər verir ki, qurumun icraçı vitse-prezidenti Sərxan Hacıyev və baş katibi Cahagir Fərəcullayev yığmanın yeni baş məşqçisi Ayxan Abbasova uğurlar arzulayıblar.

43 yaşlı mütəxəssis etimada görə təşəkkürünü bildirib. O, U-21-də çalışmağın böyük məsuliyyət olduğunu söyləyib.

U-21 martın 18-dən 26-dək Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçəcək. Komanda hazırlıq çərçivəsində martın 22-də Moldova, 25-də isə Şimali Makedoniyanın müvafiq yaş qrupundan ibarət yığmaları ilə yoxlama görüşündə üz-üzə gələcək.

Seçilən
38
10
sportinfo.az

10Mənbələr