AZ

Müəllimi maşınla vurub öldürən taksi sürücüsünə hökm oxundu

Paytaxtın Nizami rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası törətmiş Pərviz Rzayevə hökm oxunub.

KONKRET.az xəbər verir ki, “Planet” şadlıq evinin qarşısında “Toyota Prius” markalı avtomobillə yolu keçən piyada İbrahimov Faiq Oruc oğlunu vuran 1995-ci il təvəllüdlü ​sürücü Cinayət Məcəlləsinin 263.2-ci maddəsi üzrə təqsirli bilinib.

Məhkəmənin hökmü ilə ona cəzasını məntəqə tipli müəssisədə çəkməklə 3 il 9 ay müddətə azadlıqdan məhrumetmə cəzası verilib. P.Rzayevin sürücülük hüququ da bu cəzanın başa çatmasından sonra 1 il 6 ay müddət üçün məhdudlaşdırılıb.

Qeyd edək ki, qəzada həyatını itirən Faiq İbrahimov Bakıxanov qəsəbəsində yerləşən 271 nömrəli orta məktəbdə biologiya müəllimi işləyirmiş.//Qafqazinfo

Seçilən
13
10
konkret.az

10Mənbələr