Paytaxtın Nizami rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası törətmiş Pərviz Rzayevə hökm oxunub.
Viral.az xəbər verir ki, “Planet” şadlıq evinin qarşısında “Toyota Prius” markalı avtomobillə yolu keçən piyada İbrahimov Faiq Oruc oğlunu vuran 1995-ci il təvəllüdlü sürücü Cinayət Məcəlləsinin 263.2-ci maddəsi üzrə təqsirli bilinib.
Məhkəmənin hökmü ilə ona cəzasını məntəqə tipli müəssisədə çəkməklə 3 il 9 ay müddətə azadlıqdan məhrumetmə cəzası verilib. P.Rzayevin sürücülük hüququ da bu cəzanın başa çatmasından sonra 1 il 6 ay müddət üçün məhdudlaşdırılıb.
Son Yazılar:
- Müəllimi maşınla vurub öldürən taksi sürücüsünə hökm OXUNDU
- Arif Alışanovun qardaşı oğlunun işində qadağa
- Səfərbərlik Xidmətinin əməkdaşlarının maaşlarının məbləği yeni redaksiyada TƏSDİQLƏNDİ
Qeyd edək ki, qəzada həyatını itirən Faiq İbrahimov Bakıxanov qəsəbəsində yerləşən 271 nömrəli orta məktəbdə biologiya müəllimi işləyirmiş (Qafqazinfo).