ABŞ Yəmənin şimalında hökm sürən “ənsar Allah” şiə hərbi-siyasi hərəkatını dəniz quldurları və Qırmızı dənizdə daimi təhlükə mənbəyi hesab edir.
NOCOMMENT.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Temmi Bryus “Fox Business”ə müsahibəsində deyib.
“Bunlar dünyanın hamımıza təsir edən bir hissəsinə nəzarət edən dəniz quldurlarıdır və bu, sona çatacaq”, – deyə ABŞ Dövlət Departamentinin sözçüsü bildirib.
Qeyd edək ki, martın 16-na keçən gecə ABŞ husilərə qarşı gəmilərini qorumaq üçün genişmiqyaslı əməliyyata başlayıb: Amerika ordusu Yəməndəki hədəflərə silsilə zərbələr endirib.