"Barselona" - "Osasuna" matçının tarixi bəlli olub.
Redaktor.az xəbər verir ki, bunu İspaniya Kral Futbol Federasiyasının mətbuat xidməti açıqlayıb.
XXVII turun təxirə salınmış oyunu martın 27-də keçiriləcək.
Xatırladaq ki, görüş martın 8-də reallaşmalı idi. Lakin kataloniyalıların həkimi Karles Minyaro Qarsiyanın vəfat etməsi səbəbindən oyun təxirə salınıb.
Qeyd edək ki, "Barselona" 60 xalla turnir cədvəlinə başçılıq edir.