“Barselona” – “Osasuna” matçının tarixi bəlli olub.
NOCOMMENT.az apasport.az-a istinadən xəbər verir ki, bunu İspaniya Kral Futbol Federasiyasının mətbuat xidməti açıqlayıb.
XXVII turun təxirə salınmış oyunu martın 27-də keçiriləcək.
Xatırladaq ki, görüş martın 8-də reallaşmalı idi. Lakin kataloniyalıların həkimi Karles Minyaro Qarsiyanın vəfat etməsi səbəbindən oyun təxirə salınıb.
Qeyd edək ki, “Barselona” 60 xalla turnir cədvəlinə başçılıq edir.