Ciddə danışıqları zamanı Kiyev və Vaşinqton tərəfləri arasında təsdiqlənən 30 günlük atəşkəs təklifinə baxmayaraq, Rusiya Ukraynadakı müharibənin nizamlanması prosesini uzatmaqda davam edir.
Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski axşam videomüraciətində bildirib.
Zelenski qeyd edib ki, Ukrayna öz müstəqilliyini qorumaq üçün mübarizəni davam etdirəcək.
O vurğulayıb ki, hazırda ən vacib şey Ukraynanın Müdafiə və Təhlükəsizlik Qüvvələrinə dəstək olmaqdır.
Milli.Az