1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Fransa əhalisi Birləşmiş Ştatlara minnətdar olmalıdır.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Karolin Livitt jurnalistlər üçün keçirilən müntəzəm brifinqdə bildirib.
O, Azadlıq heykəlini Fransa hökumətinə qaytarmaqla bağlı suala "Əlbəttə ki, yox", - deyə cavab verib.
"Mən xatırlatmaq istəyirəm ki, yalnız ABŞ-nin sayəsində fransızlar indi alman dilində danışmırlar. Onlar bizim böyük ölkəmizə çox minnətdar olmalıdırlar", - deyə Livitt əlavə edib.
Qeyd edək ki, Azadlıq heykəli Nyu-Yorkun və ABŞ-nin əsas simvollarından biridir. 1885-ci ildə ucaldılan 93 metrlik abidə Fransanın ABŞ xalqına hədiyyəsidir.