AZ

Ağ Ev: “ABŞ-nin köməyi olmasaydı, fransızlar indi almanca danışırdılar”

Fransa əhalisi Birləşmiş Ştatlara minnətdar olmalıdır.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Karolin Livitt jurnalistlər üçün keçirilən müntəzəm brifinqdə bildirib.

O, Azadlıq heykəlini Fransa hökumətinə qaytarmaqla bağlı suala “Əlbəttə ki, yox”, – deyə cavab verib.

“Mən xatırlatmaq istəyirəm ki, yalnız ABŞ-nin sayəsində fransızlar indi alman dilində danışmırlar. Onlar bizim böyük ölkəmizə çox minnətdar olmalıdırlar”, – deyə Livitt əlavə edib.

Qeyd edək ki, Azadlıq heykəli Nyu-Yorkun və ABŞ-nin əsas simvollarından biridir. 1885-ci ildə ucaldılan 93 metrlik abidə Fransanın ABŞ xalqına hədiyyəsidir.

Seçilən
63
1
editor.az

2Mənbələr