AZ

"Yeni Konstitusiya sülh müqaviləsinə xələl gətirməyəcək" - Erməni nazir

Yeni Konstitusiyanın mətni hazır olan kimi, o, dərc olunaraq ictimaiyyətin müzakirəsinə çıxarılacaq.

"Unikal" xəbər verir ki, bu barədə Ermənistanın ədliyyə naziri Srbuhi Qalyan parlamentdə jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, yeni Konstitusiya sülh müqavilələri və dinc münasibətlərə xələl gətirməyəcək: "İstənilən halda biz davranışımızı və iş üslubumuzu elə qurmalıyıq ki, ölkəmizdə sülh bərqərar olsun və təhlükəsizlik mühiti inkişaf etsin".

Ağarza Elçinoğlu 

Seçilən
50
50
unikal.az

10Mənbələr