AZ

"Heç bir ilkin şərt olmadan münasibətləri normallaşdırmağa hazırıq" - Rubinyan

Ermənistan Türkiyə ilə münasibətləri normallaşdırmağa tam hazırdır.

"Unikal" xəbər verir ki, bunu Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması üzrə xüsusi elçi Ruben Rubinyan Türkiyənin NTV telekanalına müsahibəsində deyib. 

Onun sözlərinə görə, proses başlayandan Ermənistanın bu məsələyə yanaşması dəyişməyib: "Biz Türkiyə ilə münasibətlərin tam normallaşmasını, o cümlədən diplomatik münasibətlərin normallaşdırılmasını və Ermənistanın quru sərhədinin açılmasını gözləyirik".

Normallaşma prosesindən danışan Ermənistan nümayəndəsi bir daha Ermənistanın heç bir ilkin şərt olmadan münasibətləri normallaşdırmağa hazır olduğunu vurğulayıb.

Ağarza Elçinoğlu

Seçilən
34
50
unikal.az

10Mənbələr