“CHP-də pul sayma görüntüləri” və “Şəhər konsensusu” ilə bağlı aparılan araşdırmalar çərçivəsində daha iki bələdiyyə başçısı saxlanılıb.
Publika.az xəbər verir ki, Bəylikdüzü Bələdiyyə Başçısı Mehmet Murat Çalık və Şişli Bələdiyyə Başçısı Rəsul Emrah Şahan səhər saatlarında nəzarətə alınıb.
Polis hər iki bələdiyyə sədrinin evində axtarış aparıb.
"Dəyərli qonşularım, əziz İstanbullular. Səhər saatlarında evimdə axtarış zamanı saxlanıldım. Sədrimiz Əkrəm İmamoğlu, mən, həbs qərarı verilən digər dostlarımız tək olmadığımızı bilirik. Yoldaşlarım da eyni inam və əzmlə çalışmağa davam edəcəklər. Xalqımıza xidmətimiz bundan sonra da fasiləsiz olacaq. Biz özümüzü millətimizə əmanət edirik”, - Murat Çalık açıqlamasında bildirib.