AZ

Bu bələdiyyə sədrləri də saxlanıldı - FOTO

“CHP-də pul sayma görüntüləri” və “Şəhər konsensusu” ilə bağlı aparılan araşdırmalar çərçivəsində daha iki bələdiyyə başçısı saxlanılıb.

News24.az Publika.az-a istinadla xəbər verir ki, Bəylikdüzü Bələdiyyə Başçısı Mehmet Murat Çalık və Şişli Bələdiyyə Başçısı Rəsul Emrah Şahan səhər saatlarında nəzarətə alınıb.

Polis hər iki bələdiyyə sədrinin evində axtarış aparıb.

"Dəyərli qonşularım, əziz İstanbullular. Səhər saatlarında evimdə axtarış zamanı saxlanıldım. Sədrimiz Əkrəm İmamoğlu, mən, həbs qərarı verilən digər dostlarımız tək olmadığımızı bilirik. Yoldaşlarım da eyni inam və əzmlə çalışmağa davam edəcəklər. Xalqımıza xidmətimiz bundan sonra da fasiləsiz olacaq. Biz özümüzü millətimizə əmanət edirik”, - Murat Çalık açıqlamasında bildirib.

Emrah Şahan da buna bənzər açıqlamalar verib: “Bu gün səhər evimdə axtarış aparıldı, məni saxladılar. Vəkilimin axtarışa qoşulmasına belə icazə vermədilər. Hər kəs arxayın ola bilər. İmamoğlu tək deyil, onun arxasında millət var, İstanbul var, biz varıq. Birimiz yıxılsaq, digərimiz yetişər. Biz özümüzü millətimizə əmanət edirik”.

Seçilən
0
1
news24.az

2Mənbələr