Ukrayna prezidenti Vladimir Zelenski bu gün, martın 19-da Amerika lideri Donald Trampla danışacaq.
Modern.az xəbər verir ki, bu barədə Zelenski Finlandiya prezidenti Aleksandr Stubbla keçirdiyi mətbuat konfransında bildirib.
“Mən bu gün prezident Trampla əlaqə saxlayacağam. Onunla bu gün detalları müzakirə edəcəyik. Növbəti addımların təfərrüatlarını düşünürəm. Komandalarımız arasında çox yaxşı görüş keçirdik. Düşünürəm ki, hər şey yolunda gedəcəkdi, əgər Rusiyanın narazılığı olmasaydı”.
Zelenskinin sözlərinə görə, o, Trampla Rusiyanın Ukraynaya qarşı müharibəsinin həlli üçün növbəti addımların təfərrüatlarını müzakirə edəcək. Dövlət başçısı əlavə edib ki, Trampdan Putinlə söhbətinin təfərrüatlarını eşitməyi gözləyir.
“Mən bəzi təfərrüatları eşitdim. Komandalarımız axşam və gecə boyu əlaqə saxladılar, amma mən Trampla birbaşa dialoqum olanda təfərrüatlar haqqında danışmaq istərdim. Bundan sonra bəzi detallar haqqında danışmalıyam. Texniki komandamızı növbəti addımlara göndərməyə hazırıq. Bu görüşün nə vaxt və hansı formatda baş tutacağını bir az sonra deyə bilərəm”, - deyə Zelenski qeyd edib.
Xatırladaq ki, Tramp Putinlə martın 19-da axşam danışıb.