AZ

Yağıntılı və küləkli hava şəraiti davam edir - HAVA

Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 3.4 metrə çatıb.

Milli Hidrometeorologiya Xidmətinin martın 19-u saat 18:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti davam edir.

Hazırda bəzi ərazilərdə şimal-qərb küləyi əsir, küləyin sürəti Bakıda və Abşeron yarımadasında 28 m/s, Gəncədə 20 m/s, Goranboy və Şahdağda 19 m/s, Naftalanda 18 m/s, Tovuzda 16 m/s, Beyləqanda 15 m/s-dək güclənib.

Zaqatala, İmişli, Xaltan, Göygöl, Gədəbəy, Xaçmaz, Ceyrançöl, Mingəçevir, Yevlax, Daşkəsən, Naftalan, Sabirabad, Tərtər, Xınalıq, Goranboy, Qəbələ, Oğuz və Şəkidə fasilələrlə yağış yağır.

Seçilən
17
28
operativmedia.az

10Mənbələr