AZ

Yağıntılı hava şəraiti müşahidə olunur

Martın 20-si saat 21:00-a olan məlumatına əsasən bəzi bölgələrdə yağıntılı hava şəraiti müşahidə olunur.

 

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

 

Bakı və Abşeron yarımadasında, eyni zamanda Göygöl, Gəncə, Naftalan, Goranboy, Tovuz, Şəmkir, Şəki, Balakən, Zaqatala, Oğuz, Qəbələ, Quba, Xınalıq, Qusar, Xaltan, Tərtər, Bərdə, Kəlbəcər, Laçın, Xocalı, Mingəçevir, Yevlax, Kürdəmir, Göyçay, Sabirabad, Neftçala, Biləsuvar, Hacıqabul, İmişli, Yardımlı, Lerik, Lənkəran və Astarada fasilələrlə yağış yağır.

 

Gədəbəy, Şahdağ, Şuşa, Qax (Sarıbaş) və Daşkəsəndə isə arabir qar yağır.

Tarix: 20 Mart 2025, 22:03   
Seçilən
40
19
pravda.az

10Mənbələr