AZ

Bu ölkə məktəblərində mobil telefon istifadəsinə qadağa

Avstriya 1 maydan etibarən 1-8-ci siniflərdə mobil telefonlara qadağa tətbiq edir.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə ölkənin yeni təhsil naziri Kristof Viderker bildirib.

"Qadağa dərs zamanı və dərs aralarında 8-ci sinif daxil olmaqla şagirdlər üçün tətbiq olunacaq", - o vurğulayıb.

Viderker qeyd edib ki, qərar ibtidai, orta, xüsusi məktəblər və gimnaziyalara şamil ediləcək.

Bununla belə, o əlavə edib ki, təhsil müəssisələri mobil telefonun tədris məqsədləri üçün istifadəsinin zəruri olduğu hallarda müəyyən istisnalar edə bilərlər.

Milli.Az

Seçilən
44
3
milli.az

10Mənbələr