AZ

Ərdoğanın partiyasından İmamoğlunun həbsi ilə bağlı AÇIQLAMA

AK Partiya sədr müavini və partiya sözçüsü Ömər Çelik CHP-nin Rəcəb Tayyib Ərdoğan və partiyaya qarşı irəli sürdüyü iddialarla bağlı açıqlama verib.

Turkustan.az xəbər verir ki, o, siyasətçilərin etməli olduğu işin məhkəmə prosesini izləmək olduğunu vurğulayıb.

"Bu, universal bir prinsipdir, təqsirsizlik prezumpsiyası vacibdir", - Çelik qeyd edib.

AK Partiya sözçüsü mətbuata açıqlamasında İstanbul Böyükşəhər Bələdiyyə sədri Əkrəm İmamoğlunun saxlanılması ilə bağlı "Dosya ilə bağlı məlumatımız yoxdur" deyib.

Çelik Özgür Özəlin namizəd elanı ilə CHP nümayəndələrinə qarşı "vətəndaş çevrilişi" etdiyini vurğulayıb: "Özgür Özəl çıxdı və artıq namizədin kim olacağını açıqladı. Onun çıxışı CHP və nümayəndə heyətinin iradəsinə zidd olan vətəndaş çevrilişidir"./publika.az

Seçilən
10
1
turkustan.az

10Mənbələr