AZ

İmamoğlunun həbsinə Kremldən reaksiya 

Kreml Türkiyədə İstanbul meri Əkrəm İmamoğlunun həbsi fonunda etirazlara münasibət bildirib...

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov baş verənləri Türkiyənin daxili işi adlandırıb.

Peskov deyib ki, Türkiyədəki etirazlar Vladimir Putin və Rəcəb Tayyip Ərdoğanın danışmasına səbəb ola bilməz, bu Ankaranın daxili işidir.

Kremlin sözçüsü vurğulayıb ki, Putin və Ərdoğan arasında bu həftə heç bir təmas planlaşdırılmır.

O, Putinin Türkiyəyə səfər etmək üçün qüvvədə olan dəvətinin olduğunu , lakin səfərin konkret tarixlərinin hələ razılaşdırılmadığını söyləyib. (APA)

Poliqon.info 

Seçilən
33
5
poliqon.info

10Mənbələr