AZ

Şamaxıda avtomobil dərəyə yuvarlanıb, xəsarət alanlar var VİDEO

Şamaxı, 20 mart, Rəşad Türkoğlu, AZƏRTAC

Şamaxı-Pirqulu avtomobil yolunun Məlhəm kəndindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib. İlkin məlumata görə, hərəkətdə olan minik avtomobili sürücüsünün idarəetməni itirməsi nəticəsində maşın yoldan çıxaraq dərəyə aşıb.

AZƏRTAC xəbər verir ki, hadisə yerinə cəlb olunan xilasedicilərin köməyilə avtomobildə sıxılmış vəziyyətdə qalan şəxsləri çıxarıblar. Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan üç nəfər Şamaxı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
16
12
azertag.az

10Mənbələr