Şamaxıda avtomobil dərəyə yuvarlanıb.
Şamaxı-Pirqulu avtomobil yolunun Məlhəm kəndindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.
Belə ki, hərəkətdə olan minik avtomobili sürücüsünün idarəetməni itirməsi nəticəsində maşın yoldan çıxaraq dərəyə aşıb. Hadisə yerinə cəlb olunan xilasedicilərin köməyi ilə avtomobildə sıxılmış vəziyyətdə qalan şəxsləri çıxarıblar.
Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan üç nəfər Şamaxı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
APA
Tarix: 20 Mart 2025, 17:57