AZ

Şoyqu Ermənistana xəbərdarlıq etdi

Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Ermənistana xəbərdarlıq edib. 

Gundem.az xarici mediaya istinadən xəbər verir ki, onun sözlərinə görə, Ermənistanın Avropa İttifaqına daxil olması onun anti-Rusiya sanksiyalarına qoşulması və Ukraynaya silah tədarük etməli olması demək olacaq.

"Ermənistan Avropa sanksiyalarına və Avropa İttifaqının hərbi-siyasi qərarlarına, o cümlədən Aİ-nin Ümumi Təhlükəsizlik və Müdafiə Siyasəti, eləcə də Avropa Sülh Fondu kimi alətlər çərçivəsində qoşulmalı olacaq. Bu fond Ukraynadakı nasist rejiminin silahlı qüvvələrinə maliyyə dəstəyi verir. Bu addımlar təkcə Rusiya və Belarusa qarşı deyil, həm də 2024-cü ilin sonuna kimi Ermənistanın ticarət dövriyyəsi 737 milyon dollardan çox olan İrana qarşı yönələcək", - deyə o qeyd edib. 

Şoyqunun sözlərinə görə, Ermənistanın Avropa İttifaqına qoşulma prosesi başlayarsa, imtiyazlarını itirəcək. Bu imtiyazlara Aİİ-nin vahid əmək bazarına, sadələşdirilmiş qeydiyyata, pulsuz tibbi xidmətə, pulsuz təhsilə və s. aiddir.

“Hesablamalara görə, Aİİ-dən Avropa İttifaqına üzvlüklə bağlı danışıqlar prosesi mərhələsində çıxmaq Ermənistana ÜDM-nin 30-40%-nə başa gələcək. Bu, ölkə iqtisadiyyatına ciddi ziyan vuracaq, istehsalın azalması, əmək bazarının daralması, işsizliyin artması və inflyasiya eyni zamanda, həyat səviyyəsinin kəskin aşağı düşməsinə səbəb olacaq”, - deyə Şoyqu bildirib.

Bundan əlavə, Ermənistan Aİ tələblərinə cavab vermək üçün bütün standartlar və sertifikatlaşdırma sistemini yenidən qurmalı olacaq.

“Praktikada bu, minimumda durğunluq, maksimumda isə mövcud sənayenin, o cümlədən metallurgiya, yeyinti və yüngül sənayenin məhvi deməkdir”, - Rusiya Təhlükəsizlik Şurasının katibi əlavə edib.

Seçilən
25
2
gundem.az

10Mənbələr