AZ

Xocalı sakini: "Mənim üçün bundan gözəl gün ola bilməz"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Xocalı sakinləri 33 ildən sonra ilk dəfə öz dədə-baba yurdlarında Novruz bayramını qeyd edirlər.
Baku TV bayram münasibətilə Prezident İlham Əliyevin də qonaq olduğu Xocalı sakini Səriyyə Cəfərovanın evində olub.
İllər sonra Novruz bayramını yenidən doğma evində qarşılayan Səriyyə xanım çox xoşbəxt olduğunu deyib:
"Bu gün mənim şad günümdür. Çünki ata evimdə, anamın əziyyətlə tikdirdiyi bu evdə Novruzu qeyd edirəm. Bundan gözəl gün ola bilməz. Bu evi tikib mənə miras qoyan şəhid anama Allah rəhmət etsin. O, həmişə bir inancla yaşayırdı. Deyirdi ki, bu ev heç vaxt dağılmayacaq, "Quran" onu qoruyacaq. Mən illər sonra gəlib evimi salamat görəndə, çox təəccübləndim. Bura yalnız bircə dəfə təmir olunub, necə tikilibsə, elə də qalıb. Bu il həyətimə çoxlu ağaclar əkdim, onlar artıq çiçəkləyib. Qoy bizim ömrümüz də çiçək açsın, Xocalıya həmişə güllü-çiçəkli bahar gəlsin".
Seçilən
53
50
oxu.az

10Mənbələr