AZ

Kosmik stansiyada yubanan astronavtlar hər gün üçün beş dollar alacaqlar

"Beynəlxalq Kosmik Stansiyada (BKS) plandankənar doqquz ay yubanan astronavtların hər birinə orada qaldıqları hər günə görə beş dollar ödəniləcək".

Oxu.Az "The New York Times" qəzetinə istinadla xəbər verir ki, bunu NASA-nın Kosmik Əməliyyatlar İdarəsinin nümayəndəsi Cimi Rassel deyib.

Onun sözlərinə görə, BKS-də plandankənar doqquz aylıq yubanmaya "nəzərdə tutulmayan xərclər" üçün günlük ödənişlərə dair müddəa aiddir, bu da bir gün üçün 5 dollar təşkil edir.

Beləliklə, BKS-də 286 gün ərzində qalmaya görə astronavtlar Suni Uilyams və Butç Uilmor illik maaşlarına əlavə olaraq, cəmi 1.4 min dollar alacaqlar.

Xatırladaq ki, amerikalı astronavtlar Uilmor və Uilyams BKS-yə 2024-cü il iyunun 5-də gediblər. Onların Yerə qayıtması həmin il iyunun 14-ə planlaşdırılmışdı. Lakin helium sızması və "Starliner"in dörd mühərrikinin sıradan çıxması missiyanı altı aydan çox gecikdirib.

Seçilən
52
2
hakimiyyet.az

10Mənbələr