1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Niderlandın Haaqa şəhərində 24-25 iyun tarixlərində planlaşdırılan NATO sammiti zamanı mümkün elektrik kəsintiləri ilə bağlı narahatlıq var.
Oxu.Az vesti.ru-ya istinadən xəbər verir ki, bu narahatlıq şəhərdə yaxın zamanda baş vermiş genişmiqyaslı elektrik kəsintisi fonunda artıb.
Keçən həftə Haaqanın mərkəzində təxminən 45 min ev elektrik enerjisiz qalıb. Hadisə nəticəsində tramvaylar dayanıb, işıqforlar sönüb və rabitə vasitələrində nasazlıqlar yaranıb.
Haaqada keçiriləcək iyun sammitində təxminən 45 dövlət və hökumət başçısı, 45 xarici işlər və müdafiə naziri, həmçinin təxminən 6 min nümayəndə heyəti üzvü iştirak edəcək. Tədbirdə ümumilikdə 8 500 rəsminin iştirakı gözlənilir.