AZ

Konor Makqreqor 7 il həbs cəzası ala bilər

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



UFC-nin yarımyüngül (66 kq-a qədər) və yüngül (70 kq-a qədər) çəkidə keçmiş çempionu irlandiyalı Konor Makqreqora nifrətin qızışdırılması ittihamı ilə 7 ilə qədər həbs cəzası verilə bilər.
Oxu.Az-ın "Irish Independent"ə istinadən xəbər verdiyinə görə, İrlandiya Dövlət İttihamçıları qurumu Makqreqorun 2023-cü il noyabrında Dublində baş verən iğtişaşlardan əvvəl X sosial şəbəkəsində miqrantlar haqqında etdiyi paylaşımları diqqətlə araşdırıb.
Hakimiyyət hesab edir ki, onun yazıları irlandiyalılar tərəfindən törədilən şiddət hadisələrini qızışdıra bilərdi.
Ölkə qanunlarına görə, nifrətin qızışdırılması üçün 7 ilə qədər həbs cəzası nəzərdə tutulur.
Qeyd edək ki, hazırda istintaq davam etdiyi üçün Makqreqora rəsmi ittiham irəli sürülməyib.
Seçilən
48
50
oxu.az

10Mənbələr