AZ

Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb

Axtarışda olan 14 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Martın 24-də ölkə ərazisində qeydə alınan 42, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Bu barədə Operativ Media-ya DİN məlumat verib.

Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 36, o cümlədən borclu şəxs qismində axtarışda olan 14 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.  

​Eyni zamanda narkotiklərlə əlaqəli 8, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 21 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb.

Seçilən
19
49
operativmedia.az

10Mənbələr