AZ

Ötən gün 47 cinayətin üstü açılıb - DİN

Martın 24-də Azərbaycan ərazisində qeydə alınan 42, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

 

Sfera.az Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinə istinadən xəbər verir ki, axtarışda olduğuna görə ümumilikdə 36, o cümlədən borclu şəxs qismində axtarışda olan 14 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Narkotiklərlə əlaqəli 8, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 21 fakt müəyyən edilib.

 

Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb.

Seçilən
8
49
sfera.az

10Mənbələr